banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında laporoskopik əməliyyatlara başlanılıb

loader

TƏBİB səhiyyə xidmətlərinin regionlarda daha əlçatan olması istiqamətində tədbirləri davam etdirir. Bu məqsədlə son dövrlər həyata keçirilən yeniliklər nəticəsində artıq bir sıra region xəstəxanasında onlarla yeni cərrahi əməliyyatların icrasına başlanılıb.

Daha bir yenilik Qobustan Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır. Tibb müəssisəsində ilk dəfə olaraq otolarinqologiya (LOR) üzrə laporoskopik əməliyyatların icrasına başlanılıb.

Xroniki rinosinusit və burun arakəsməsinin deviasiyası diaqnozu ilə müraciət edən 7 yaşlı uşaq üzərində eyni anda iki endoskopik septoplastika və endoskopik etmoidotomiya əməliyyatları uğurla icra olunub. Hazırda uşağın səhhəti qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıb.

Məlumat üçün bildirək ki, əməliyyatlar müasir tibbin tələblərinə uyğun minimal invaziv metodlarla aparılır. Bu cür müdaxilələr pasiyentlərə daha az ağrı, qısa müddətli sağalma və sürətli reabilitasiya imkanı yaradır.

Qeyd edək ki, əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

loader
loader
loader
loader
loader