TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən tabeli tibb müəssisələrində reanimotoloji-anestezioloji xidmətlərin gücləndirilməsi məqsədilə Yeni Klinikada təşkil olunan təlimlərin birinci mərhələsi uğurla başa çatıb.
TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə həyata keçirilən təlimlərdə iştirak edən tibbi heyət yekun qiymətləndirmədən keçərək sertifikatlar əldə ediblər.
Təlim proqramının əsas məqsədinin bölgələrdə reanimasiya və anesteziologiya sahəsində fəaliyyət göstərən tibb personalının praktiki bacarıqlarını inkişaf etdirmək və beynəlxalq standartlara uyğun müasir yanaşmaların tətbiqini təşviq etmək məqsədi daşıdığını bildirən E.Qasımov bu cür proqramların keçirilməsinin və davamlı tədris mühitinin yaradılmasının vacibliyini qeyd edib. O, bu təşəbbüsün ölkə üzrə reanimotoloji və anestezioloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıb.
Təşkil olunan təlimlərin önəmindən danışan Yeni Klinikanın direktoru Barat Yusubov bildirib ki, bu proses reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və tibbi heyətin peşəkar inkişafına imkan yaradacaq.
Qeyd edək ki, təlimlərin ilk mərhələsində Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa və Qazax rayon mərkəzi xəstəxanalarının Reanimasiya-anesteziologiya şöbəsində çalışan 7 həkim və 19 orta tibb işçisi iştirak edib. Onlar Yeni Klinikanın Reanimasiya və anesteziologiya şöbəsində praktiki və nəzəri biliklərini artırmaqla yanaşı, TƏBİB Akademiyasında təşkil olunan seminar və təlim sessiyalarına da qoşulublar.
Nəzərdə tutulan təlim dövründə şöbə müdiri Emil Qasımov, anestezioloq-reanimotoloq Mayıl Sədiyev, həkim-rezident Nurlana Hüseynova, Reanimasiya şöbəsinin böyük tibb bacısı Gülşən Allahverdiyeva tərəfindən müxtəlif mövzularda təlim və seminarlar təşkil olunub.
Xatırladaq ki, bölgələrdə göstərilən reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsi, pasiyent məmnunluğunun artırılması və tibbi heyətin peşəkarlığının inkişafı etdirilməsi məqsədilə keçirilən təlimlərə TƏBİB tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrinin də cəlb olunması nəzərdə tutulub.
Region xəstəxanalarında reanimotoloji-anestezioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə keçirilən təlimlərin birinci mərhələsi başa çatıb
Digər xəbərlər
Anar Bayramov Xızı rayonunda vətəndaşları qəbul edib
25.05.2026
TƏBİB-də İsrailin Soroka Universiteti Tibb Mərkəzinin nümayəndələri ilə görüş keçirilib
04.06.2026
“Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib
01.06.2026
İsraildən dəvət olunmuş mütəxəssislər tərəfindən uşaqlar üçün tibbi müayinələr keçirilib
05.06.2026
TƏBİB-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib
25.05.2026
WUF13-ün keçirildiyi günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb
23.05.2026
Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub
20.05.2026
TƏBİB-in tabeli tibb müəssisələrində çalışan hüquqşünaslar üçün onlayn təlimlər keçirilib
19.05.2026
TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 25 may 2026-cı il tarixində Xızı rayonunda Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək
14.05.2026
TƏBİB-in dəstəyi ilə III Beynəlxalq Fiziotexnoterapiya Konqresi keçirilib
05.05.2026