TƏBİB-in və Belarus Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, səfirin baş müşaviri Tatyana Zubritskaya iştirak edib.
Görüş zamanı əczaçılıq sənayesi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılması kimi əməkdaşlıq istiqamətləri, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərin təcrübə mübadiləsi, eləcə də tibb müəssisələri ilə əməkdaşlıq, tibb kadrlarının hazırlanması prosesində birgə fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Səfirə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları, əhalinin sağlamlığının təminatı istiqamətində görülən davamlı işlər, TƏBİB-in fəaliyyəti barədə ətraflı məlumat verilib.
Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması ilə tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə nail olunduğu qeyd edilib. Bildirilib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi, innovativ texnologiyaların tətbiqi daim diqqət mərkəzindədir.
Dmitri Pineviç bildirib ki, Azərbaycan-Belarus əlaqələri strateji tərəfdaşlıq səciyyəsi daşıyır və əməkdaşlıq dinamikası yüksələn xətt üzrə inkişaf edir. Ölkəsinin səhiyyə sistemi barədə ətraflı məlumat verən səfir ixtisasca həkim-cərrah olduğunu, uzun müddət tibb sahəsində fəaliyyət göstərdiyi üçün bu sahənin inkişafının xüsusilə prioritet təşkil etdiyini qeyd edib. D.Pineviç Belarus Respublikasında kardiologiya, onkologiya, cərrahiyə kimi sahələrdə, əczaçılıq sənayesində müsbət nəticələrin əldə edildiyini qeyd edib. Bu istiqamətdə Azərbaycanla da qarşılıqlı əməkdaşlığın faydalı olacağını vurğulayıb.
Sonda birgə əməkdaşlığın daha da genişləndirilməsi, səhiyyənin konkret istiqamətləri üzrə fəaliyyət planlarının hazırlanması qərara alınıb.
Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri TƏBİB-də olub
Digər xəbərlər
Reanimasiya və anesteziya üzrə tibbi xidmətin peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilir
03.06.2025
TƏBİB və Avstriyanın “EVER Pharma” əczaçılıq məhsullarının istehsalçısı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
03.06.2025
Qazax Rayon Mərkəzi Xəstəxanasında Fizioterapiya şöbəsi yenidən qurulub
02.06.2025
Qazax Rayon Mərkəzi Xəstəxanasında elektron növbə sistemi qurulub
11.06.2025
TƏBİB-in İcraçı direktorunun müşaviri Yaponiyada keçirilən Dünya Fizioterapiya Konqresində iştirak edib
05.06.2025
Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
TƏBİB əməkdaşlarından “ASAN Məktub” layihəsinə dəstək
01.06.2025
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirilib
30.05.2025
Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Roma şəhərində işgüzar səfərdə olub
30.05.2025
Laçın rayonunun Bəylik kəndinə yola salınan köç karvanı tibbi xidmət tərəfindən müşayiət olunub
30.05.2025