banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in Hüquq departamentinin Dövlət orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mir Hüseyn Həbibli Çin Xalq Respublikasıda seminarda iştirak edib

loader

TƏBİB-in Hüquq departamentinin Dövlət orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mir Hüseyn Həbibli Çin Xalq Respublikasının Hainan vilayətinin, Haikou şəhərində keçirilən “İnkişaf etməkdə olan ölkələrin azad ticarət limanlarında hüququn aliliyi” mövzusunda seminarda iştirak edib.

Seminar çərçivəsində azad ticarət limanlarının fəaliyyətinin tənzimlənməsində Çin Xalq Respublikasının təcrübəsi, azad ticarət limanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında diqqət yetirilməli məsələlər və azad ticarət limanlarında hüquqi mübahisələrin məhkəmə və məhkəmədənkənar həlli ilə bağlı mövzular üzrə dərslər, eləcə də müxtəlif tanışlıq səfərləri təşkil olunub. 

Seminarın sonunda Mir Hüseyn Həbibliyə Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfindən sertifikat verilib, eyni zamanda o, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin təmsilçisinə Azərbaycan xalq-tətbiqi sənətinə aid xalça hədiyyə edib.

loader
loader
loader
loader
loader
loader
loader