banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri Yeni Klinikada icra olunub

loader

Yeni Klinikada ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab edilən laporoskopik “Whipple” əməliyyatı uğurla həyata keçirilib.

Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədovun rəhbərliyi ilə həyata keçirilən cərrahi əməliyyatda Ümumi cərrahiyyə şöbəsinin rəhbəri Elşən Qədimov, ümumi cərrah Lalə İsmayılova və ümumi cərrah Günay Allahverdiyeva iştirak edib.

4 ay əvvəl xolesistektomiya əməliyyatı keçirən xəstədə çoxsaylı bitişmələr olmasına baxmayaraq, əməliyyat tam olaraq laporoskopik icra edilib.

Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən pasiyentlərdən birinə (kişi) periampulyar nahiyədə şiş (fater məməciyi törəməsi) diaqnozu qoyulub və əməliyyata qərar verilib.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanan əməliyyat uğurla başa çatıb.

Məlumat üçün bildirək ki, “Whipple” əməliyyatı ümumi cərrahiyyə əməliyyatları arasında xüsusi texnikaların istifadə edildiyi ən mürəkkəb əməliyyatlardan biri hesab edilir. Bu gün mədəaltı vəzi əməliyyatlarının əksəriyyəti açıq üsulla aparılır. Qabaqcıl laporoskopik cərrahiyyə təcrübəsi olan bəzi mərkəzlərdə uyğun xəstələr üçün “Whipple” əməliyyatı qapalı (laporoskopik) edilə bilər.

Qeyd edək ki, bu cür əməliyyatın effektiv tətbiqi üçün təcrübəli cərrahi komandanın olması vacibdir.

 

loader
loader
loader
loader