banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Cərrahi əməliyyatdan sonra qulluq” mövzusunda təlimlər keçirilib

loader

TƏBİB və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə Bakı, Sumqayıt və Lənkəran Tibbi Ərazi Bölmələrində (TƏB-lərində) “Cərrahi əməliyyatdan sonra qulluq” mövzusunda təlimlər keçirilib.

Təlimlərdə tabeli müəssisələrdən ümumilikdə 70-ə yaxın əməkdaş iştirak edib.

Türkiyəli uzman həkimlər tərəfindən aparılan təlimlərin əsas məqsədi sağlamlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılmasından ibarət olub.

Təlim çərçivəsində Ankara Etlik Şəhər Xəstəxanası Cərrahi Onkologiya Klinikasının təhsil üzrə cavabdeh şəxsi Dos. Dr. Kazım Çağlar Özçelik, Dos. Dr. İsmayıl Ağababaoğlu əməliyyatdan sonra xəstələrin maye-elektrolit müalicəsi və qidalanmasına dair azərbaycanlı həkimlərlə məlumat mübadiləsi aparıblar.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader