banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

12-ci mərtəbədən yıxılan azyaşlının həyatı xilas edilib

loader

Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan azyaşlının həyatı həkimlər tərəfindən xilas edilib.

01.10.2024-cü il tarixində saat 14:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb.

Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.

14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub. O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində qismən də olsa, sağlamlığına qovuşub və digər şöbəyə köçürülüb.

Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən azyaşlının müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir.

 

loader
loader
loader
loader
loader