banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Xınalıq kənd sakinlərinin tibbi müayinəsi həyata keçirilib

loader

Quba Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərindən ibarət briqadanın iştirakı ilə Quba rayonu Xınalıq kənd sakinlərinin tibbi müayinəsi həyata keçirilib.

Keçirilən səyyar həkim qəbulunda pediatr, şüa-diaqnostika həkimi, laborant, mama-ginekoloq, oftalmoloq, nevropatoloq, terapevt və cərrah iştirak edib. Kənd sakinləri diaqnostik müayinələrdən keçib, laborator analizlər götürülüb. Aparılan müayinələrə əsasən uyğun müalicə təyin olunub.

Qeyd edək ki, tibbi müayinələrin əsas məqsədi ahıl və həssas qruplara daxil olan əhalinin tibbi xidmətə əlçatanlığını təmin etmək, TƏBİB-in və icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işləri aparmaqdır.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader