banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB əməkdaşları qrip əleyhinə peyvənd olunublar

loader

TƏBİB-də mövsümi qrip xəstəliyinə qarşı peyvəndlənmə təşkil olunub. Peyvəndlənmə prosesində qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.

İlkin olaraq müvafiq müayinələrdən keçən və əks-göstəriş qeydə alınmayan əməkdaşlar peyvənd edilib.

Mövsümi qrip xəstəliyinə qarşı peyvənd olunma xəstəliklərdən qorunmaq və immun sistemi gücləndirmək üçün tövsiyə olunur. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Peyvəndin tərkibindəki təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya olması böyüklərdə və uşaqlarda istifadəyə əks-göstərişdir.

Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər “Abbott” şirkətinin istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader