banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ana-uşaq ölümü hallarının təhlili məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müşavirə keçirilib

loader

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvlərinin iştirakı ilə müşavirə keçirilib.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Sumqayıt Perinatal Mərkəzinin Neonatal reanimasiya və intensiv terapiya bölməsinin müdiri Yeganə Ağayeva, Ağcabədi-Ağdam TƏB-inə (Tibbi Ərazi Bölmələri) daxil olan Ağcabədi, Ağdam, Füzuli, Beyləqan rayonlarının müəssisə rəhbərləri, baş həkim, ginekoloq, neonatoloq və pediatrları iştirak edib.

Müşavirəni giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda antenatal və doğuşayardım xidmətləri üzrə tibb personalının bilik və bacarıqlarının artırılması ilə yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində də ardıcıl işlərin görülməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova TƏBİB tabeli müəssisələrdə göstərilən doğuşayardım xidməti, antenatal xidmətin yaxşılaşdırılması, reproduktiv sağlamlığa dair Milli strategiyanın hədəfləri, Ağcabədi-Ağdam TƏB-i üzrə müqayisəli antenatal xidmətin nəticələri barədə danışıb, həmçinin antenatal xidmətin təkmilləşdirilməsinə dair təkliflərlə çıxış edib.

Çıxış edən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru keçirilən müşavirənin əhəmiyyətindən bəhs edib. Bu cür müşavirələrin keçirilməsinin əməkdaşların bilik və bacarıqlarının artırılmasında, həmçinin müəssisələr arasında koordinasiyanın qurulmasında böyük əhəmiyyətini vurğulayıb.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader