banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ölkəmizdə tibbi turzmin inkişaf etdirilməsinə dəstək məqsədilə Yeni Klinikaya infotur təşkil olunub

loader

TƏBİB-in təşkilatçılığı ilə ölkəmizin turizm sektorunda aparıcı rol oynayan tibbi agentlik və tur operatorlarının Yeni Klinikaya infoturu təşkil olunub. Azərbaycanda tibbi turizmin inkişafı, tibbi agentlik və turizm şirkətləri vasitəsilə beynəlxalq turistlərin cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunan infoturda Yeni Klinikada göstərilən xidmətlər, fəaliyyət istiqamətləri, burada yaradılan mərkəzlər, son dövrlər icrasına başlanılan unikal cərrahi əməliyyatlar, innovativ müalicə və diaqnostika imkanları, həmçinin klinikada xarici pasiyentlər üçün yaradılmış şərait, qonaqlama imkanları  və mövcud tibbi turizm potensialı haqqında ətraflı məlumat verilib.

Ölkəmizdə tibbi turizmin inkişafı üçün görülən işlər barədə geniş məlumatların bölüşüldüyü infotur zamanı tibbi turizm şirkətlərinin nümayəndələri Yeni Klinikanın Pediatriya, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Reanimasiya və Stasionar şöbələrə baxış keçiriblər. Həmçinin qonaqlara klinikanın ən müasir tibbi avadanlıqları, həkim heyəti və pasiyent qəbulu infrastrukturu barədə məlumatlar verilib, mövcud imkanlar və gələcək planlar barədə təbliğat materialları təqdim edilib, videoçarx nümayiş edirilib. 

Tədbirin rəsmi hissəsində TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, Dövlət Turizm Agentliyində Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev və TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad çıxış ediblər.

Çıxışlar zamanı dünya miqyasında sağlamlıq turizminə artan tələbat, ölkədə sağlamlıq turizminin inkişafı üçün zəngin turizm infrastrukturunun mövcudluğundan danışılıb.

Sonda info-turda iştirak edən nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa ətrafında tibbi turizmin əhəmiyyəti və bu istiqamətdə görüləcək işlər müzakirə edilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader