banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Tibb müəssisələrində kadr potensialının artırılması üçün əməkdaşlıq imkanları müzakirə edilib

loader
Tibb müəssisələrində kadr potensialının artırılması üçün əməkdaşlıq imkanları müzakirə edilib
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi və TƏBİB arasında tibb müəssisələrində kadr potensialının artırılması mövzusunda görüş keçirilib. Görüşdə hər iki qurumun nümayəndələri əməkdaşlıq perspektivlərini, ortaq layihələrin icrasını və birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
 
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov əməkdaşlığın əmək bazarında balansın qorunmasına və işaxtaranların müvafiq iş imkanları ilə təmin olunmasına töhfə verəcəyini bildirib. O, qeyd edib ki, hər iki qurumun birgə səyləri ilə ölkə üzrə işsiz və işaxtaranlar üçün perspektiv imkanların yaradılmasına, tibbi və qeyri-tibbi heyət üçün təlim proqramlarının hazırlanmasına və onların peşə bacarıqlarının artırılmasına nail olmaq mümkündür.
 
TƏBİB-in yeni dövr Azərbaycan səhiyyəsi üçün gördüyü işlər, müasir strateji yanaşmaları və fəaliyyət istiqamətləri barədə məlumat verən qurumun Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev qurumlararası sıx əməkdaşlığın ölkə üzrə məşğulluq səviyyəsinin dinamikasına, o cümlədən dövlət tibb müəssisələrində kadr potensialının gücləndirilməsinə və yüksək peşəkarlığın artırılmasına təsir edəcəyini xüsusi vurğulayıb.
 
Agentliyin İdarə Heyəti sədrinin müşaviri Səməd Sahibzadə isə vətəndaşların məşğulluq imkanlarının artırılması məqsədilə əmək bazarında mövcud olan tələb və təklif əsasında təlim proqramlarının hazırlandığını qeyd edib.
 
TƏBİB-in Strateji inkişaf departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Fəqan Həsənzadə isə hər iki qurumun Strateji Planında qeyd edilən ortaq hədəf və prioritet istiqamətlərə toxunaraq, birgə layihələrin icra olunmasının faydalarından bəhs edib.
 
Görüşdə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımların region xəstəxanalarının kadr ehtiyacının qarşılanmasına da dəstək olacağı xüsusi vurğulanıb.
loader
loader
loader
loader
loader
loader
loader
loader