banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Vüqar Qurbanov vətəndaşlarla görüşüb

loader

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq növbəti dəfə vətəndaşlarla görüş keçirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə keçirilən qəbul prosesində TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.

Qəbulda 6 vətəndaşın müraciətinə baxılıb.

Müayinə, müalicə, işlə təmin olunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.

Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha öncəki vətəndaş qəbullarında iştirak edən və müraciət üzrə həllini tapan məsələlərə görə bir qrup qazi tərəfindən Vüqar Qurbanova “Təşəkkürnamə” təqdim olunub.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader