banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-də Dünya Neyroreabilitasiya Federasiyası ilə görüş keçirilib

loader

Məlum olduğu kimi, 10-11.07.2024-cü il tarixlərində “Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının regional görüşü” və “Neyroproteksiya və neyroplastiklik Cəmiyyətinin 19-cu konqresi” Bakı şəhərində keçirilir. Bu məqsədlə paytaxtımızda səfərdə olan Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının prezidenti Dafin Muresanu, Dünya Neyroreabilitasiya Federasiyasının prezidenti Volker Homberg,  Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının vitse-prezidenti, Dünya İnsult Təşkilatının keçmiş vitse-prezidenti, Tel-Əviv Universitetinin Tibb fakültəsinin nevrologiya üzrə professoru, İsrail İnsult Cəmiyyətinin sədri Natan Bornstein ilə TƏBİB-də görüş keçirilib.

Görüşdə  TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müavini vəzifəsini müvəqqəti icra edən, departament rəhbəri  Anar Ağayev, İcraçı direktorun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov və digər əlaqədar struktur bölmələrin rəhbərləri iştirak ediblər.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qonaqlara TƏBİB-in fəaliyyəti, həyata keçirilən işlər, icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin idarəolunması prinsipləri, xidmətin təşkilində tətbiq olunan innovasiyalar və əhaliyə göstərilən reabilitasiya xidmətləri barədə ətraflı məlumat verib.

Dünya Neyroreabilitasiya Federasiyasının prezidenti Volker Homberg bildirib ki, Federasiyanın məqsədi tədqiqat sahəsində, tibbi təcrübədə və tədrisdə neyroreabilitasiyanın inkişafına nail olmaqdır. Bu məqsədlə beynəlxalq konqreslər, habelə neyroreabilitasiyanın bütün sahələrini əhatə edən regional və milli seminarlar, eləcə də maarifləndirici görüşlər daxil olmaqla tədbirlər təşkil olunur. Eyni zamanda tədqiqat, tibbi təcrübə və təhsil sahəsində neyroreabilitasiya ilə əlaqəli milli və beynəlxalq akademiyalar, cəmiyyətlər və assosiasiyalar arasında əlaqələrin yaradılması da Federasiyanın fəaliyyətində xüsusi önəm kəsb edir. Bu baxımdan TƏBİB-lə əməkdaşlıq çərçivəsində qeyd olunan sahə üzrə birgə seminarların təşkili və neyroreabilitasiya ilə bağlı məsələlərlə məşğul olan elmi akademiyalar, cəmiyyətlər, assosiasiyalar, eləcə də tədqiqat institutları və şirkətlərlə əməkdaşlığın intensivləşdirilməsinə dəstək göstərilə bilər.

Digər çıxışçılar neyroreabilitasiyanın xəstəliklərin hər bir aspektini, xəstəxanayaqədər qayğıdan tutmuş uzunmüddətli reabilitasiyaya qədər olan uzun dövrü və müalicə mərhələlərini əhatə etdiyini qeyd edib. Bu baxımdan klinik təlimatların əhəmiyyəti, xəstələrin idarəedilməsi və müalicəsində multidisiplinar yanaşmanın vacibliyi xüsusi vurğulanıb.  

Sonda qarşılıqlı təcrübə mübadiləsinin, birgə seminarların, təlimlərin keçirilməsi və sahənin yenilikləri ilə bağlı intensiv məsləhətləşmələrin aparılması qərara alınıb.

loader
loader
loader
loader
loader
loader