banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası və fləşmob keçirilib

loader

Yüzlərlə iştirakçının qatıldığı tədbirdə "TƏBİB Akademiyası"nın könüllüləri də iştirak edib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar COP29 Azerbaijan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ağacəkmə aksiyası və fləşmob təşkil edilib.

Aksiyada "TƏBİB Akademiyası"nın könüllüləri, dövlət orqanlarının, özəl təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və tələbələr iştirak edib. Ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədilə 500-dən artıq iştirakçı Bakı şəhəri ətrafında bir araya gəlib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltməkdir. İştirakçılar Bakının Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000 Eldar şamı və zeytun ağacı əkib.

Ağacəkmə aksiyasından sonra könüllülərin iştirakı ilə Azərbaycanın bu il ev sahibliyi edəcəyi və dünyanın ən mötəbər tədbirlərindən hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan fləşmob nümayiş etdirilib.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader