banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB əməkdaşları üçün “Emosional zəka” mövzusunda təlim keçirilib

loader

TƏBİB-in İcraçı direktorunun müavinləri, müşavirlər, departament və şöbə rəhbərləri, eləcə də əməkdaşları üçün “Emosional zəka” mövzusunda təlim təşkil olunub.

Təlim ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində  Dünya Bankının baş məsləhətçisi, peşəkar təlimçi Şəmsiyyə Mustafayeva tərəfindən keçirilib.

Seminarda emosional zəka, rəhbər-işçi münasibətlərində emosiyaların idarəedilməsi, emosional kompensasiyalar,  emosional zəkanın inkişaf etdirilməsi və s. kimi mövzular barədə iştirakçılara ətraflı məlumat verilib. 

Həmçinin təlim çərçivəsində mövzular üzrə fərdi və qrup işləri təşkil olunub, müxtəlif məşqlər və testlər edilib. Daha sonra onların nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader