banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Nizami Tibb Mərkəzində ilk dəfə göz əməliyyatlarının icrasına başlanılıb

loader

Nizami Tibb Mərkəzində göz əməliyyatlarının icrasına başlanılıb. İlk dəfə 65 yaşlı pasiyent üzərində həyata keçirilən katarakta əməliyyatı uğurla başa çatıb. Cərrahi müdaxilə zamanı şəxsdə gözün bulanmış bülluru xaric olunaraq əvəzinə süni büllur implantasiya edilib.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunmağa başlayan bu əməliyyatlar müasir avadanlıqlarla kiçik kəsik aparılmaqla, qansız və qısa müddətdə həyata keçirilir.

Tibb mərkəzində həmçinin uşaqlarda anadangəlmə katarakta, müxtəlif səbəbli inkişaf etmiş çəplik, posttravmatik travmadan, zədədən sonra yaranmış mirvari suyu - katarakta əməliyyatlarının da icrasına başlanılıb.

Qeyd edək ki, katarakta əməliyyatı zamanı yumşaq hidrofil və hidrofob materiallardan istehsal edilən akrelik materialdan hazırlanan intrakulyar linzalardan istifadə olunur.

Autotransplantasiya vasitəsilə icra olunan pterigium əməliyyatı isə pterigiumun yenidən yaranmasının qarşısının alınmasına imkan yaradır və bu baxımdan cərrahi müdaxilə daha effektiv hesab olunur.

 

loader
loader
loader
loader
loader