banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Autizm Maarifləndirmə Gününə həsr edilən “Autizmə fərqli baxış” adlı seminar keçirilib

loader

Yeni Klinikada 2 Aprel - Dünya Autizm Məlumatlandıma Gününə həsr edilən “Autizmə fərqli yanaşma” adlı seminar keçirilib.

Tədbirdə TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin rəhbəri Bahadur Rzayev, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov və digər qonaqlar iştirak ediblər.

Seminarda açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov dünyada autizm spektri pozuntusu problemi və onun aktuallığı, ölkəmizdə autizm sindromlu insanlara göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib. O vurğulayıb ki, autizm sindromlu övladı olan valideynlər bəzən öz uşaqlarını ictimaiyyətdən uzaqlaşdırmağa çalışırlar. Ancaq autizmi ictimaiyyət qəbul etməli, onları “xəstə” kateqoriyasından çıxarmalıdır.

TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxışında Dünya Autizm Məlumatlandırma Gününün qeyd edilməsinin vacibliyinə diqqət çəkib. O qeyd edib ki, bu günün təsis edilməsinin əsas məqsədi autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Teymur Mirzəbəyli uşaqların psixi və fiziki sağlamlığı ilə bağlı görülən işlərə, xüsusi ilə də həssas əhali qruplarına spesifik yanaşma mövzusuna toxunmuşdur.

Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin rəhbəri Bahadur Rzayev, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov autizmin ictimaiyyətdə qarşılanması, autizm sindromlu insanların hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlər ətrafında fikirlərini bölüşüblər.

Tədbir “Autizmə fərqli baxış”, “Autizmdə təbii müalicə metodları”, “Autizm və neyroiltihab”, “Autizmli uşaqlara psixoloq yanaşması”, “Reabilitasiya prosesində autizmli uşaqlara və onların ailələrinə sosial psixoloji dəstək” mövzularında çıxışlarla davam edib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader