banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB və Koreya Respublikasının “Kyun Hee” Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilib

loader

TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Koreya Respublikasının “Kyun Hee” Universitetinin nümayəndə heyəti arasında tanışlıq görüşü baş tutub. Görüş zamanı digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də iki ölkə arasında  ilbəil genişlənən əməkdaşlığın mövcud vəziyyəti və inkişafı ətrafında danışıqlar aparılıb.

Azərbaycanda mövcud səhiyyə sistemi, TƏBİB-in fəaliyyət istiqamətləri və icbari tibbi sığortanın tətbiqi haqqında qonaqlara geniş məlumat verilib. Həmçinin, tibb işçilərinin kadr potensialının artırılması və təcrübə mübadiləsi məqsədilə gələcəkdə birgə təlimlərin təşkili, TƏBİB tabeliyindəki tibb müəssisələrinin həkimlərinin Koreya Respublikasında təcrübə keçməsi məsələləri müzakirə olunub.

Universitetin nümayəndə heyəti isə öz növbəsində son illər Koreya Respublikasında tibb sahəsində  əldə olunmuş nailiyyət və innovativ yeniliklər haqqında məlumat verib.

Səhiyyə sistemi və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi ilə yerində tanış olmaq məqsədilə görüşdən sonra Universitetin nümayəndə heyətinin Yeni Klinikaya ziyarəti təşkil edilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader