banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Şəki Ürək Mərkəzində 6 ay ərzində 400-ə qədər cərrahi əməliyyat icra olunub

loader

Ötən ilin iyul ayında istifadəyə verilən Şəki Ürək Mərkəzində bugünədək 400-ə qədər angioqrafiya və angioplastika əməliyyatları həyata keçirilib.

Bu dövr ərzində tibb müəssisəsinin Ürək cərrahiyyəsi şöbəsinə ümumilikdə 50-dən çox pasiyentin stasionar qəbulu baş tutub. Həmin xəstələrə aorta şuntlama əməliyyatı icra olunub.

Eyni zamanda Şəki və ətraf rayonlardan 100-dən çox pasiyent miokard infarktı, kardiogen şok vəziyyəti və s. şikayətlərlə məhz bu mərkəzə təxliyə edilib.

Ən müasir tibbi avadanlıqlarla təmin olunan Şəki Ürək Mərkəzi təcrübəli və çevik tibbi heyəti ilə birlikdə 7/24 saat vətəndaşlara xidmət göstərir. Tibb müəssisəsində 5 həkim, 40 tibbi personalı fəaliyyət göstərir.

Burada vətəndaşlara təqdim olunan bütün zəruri tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.

Xatırladaq ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində Şəki Ürək Mərkəzinin açılışı TƏBİB tərəfindən həyata keçirilən regional “Ürək Mərkəzləri” layihəsi çərçivəsində ötən ilin 19 iyul tarixində baş tutub.

Mərkəzin açılışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirmişdi ki, Mərkəzdə invaziv kardiologiya, invaziv aritmologiya, ürək-damar cərrahiyyəsi, koronar angioqrafiya, koronar angioplastika, perikardiosentez kimi kardioloji xidmətlər, eləcə də maqnit rezonans tomoqrafiyası (MRT) və kompüter tomoqrafiyası (KT) kimi radioloji xidmətlərin göstərilməsi imkanları var.

Qeyd edək ki, əvvəllər Şəki və ətraf rayonlarda ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, əsasən, paytaxt Bakıya təxliyə edilirdi. Artıq onlar üçün ən yaxın ünvanda keyfiyyətli və əlçatan tibbi xidmət təşkil olunub.

Bir ömür xidmətinizdə...
 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader