Tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə və şəraitsiz şöbələrin yenidənqurulması, yararsız tibb avadanlıqların yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Son dövrlə bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən daha bir yenilik Kliniki Tibbi Mərkəzlə bağlıdır. Müasir tibbi texnologiyalarla təchiz olunan Mərkəzin Radiologiya şöbəsinin iş keyfiyyətinin artırılması məqsədi ilə növbəti zəruri yeniliklər edilib, tibb müəssisəsində ikinci MRT və KT cihazları istifadəyə verilib.
Mərkəzin Radiologiya şöbəsində maqnit-rezonans tomoqrafiya (MRT) və kompüter tomoqrafiyası (KT) aparatları yenilənib, daha geniş gözləmə zalı və onlayn növbəlilik sistemi yaradılıb. Beləliklə, son yenilliklərdən sonra Mərkəzdə daha geniş spektrli və kontrastlı müayinələrin aparılması mümkün olub.
Məlumat üçün bildirək ki, yeni KT cihazında bir neçə detektor mövcuddur. Bu, xəstələrin daha qısa müddət ərzində, daha az radiasiya ilə müayinəsini və yüksək rezolyusiyalı görüntülər əldə edilməsini təmin edir. MRT cihazında tətbiq olunan qabaqcıl texnologiyalar da xəstələrin qısa müddət ərzində rahat şəkildə müayinəsini və yüksək dəqiqliklə yüksək keyfiyyətli görüntülər əldə edilməsini təmin edir.
Yeni cihazların quraşdırılması Kliniki Tibbi Mərkəzdə həyata keçirilən radioloji müayinələrinin sayına və keyfiyyətin artırılmasına da təsir edəcək. Həmçinin qeyd edək ki, bununla da Mərkəzin artıq iki müxtəlif korpusunda MRT və KT xidmətləri fəaliyyət göstərəcək.
Xatırladaq ki, Mərkəzdə əvvəl pasiyentlər kontrastlı MRT və KT müayinələri üçün digər dövlət və özəl tibb müəssisələrinə yönləndirilirdi.
Kliniki Tibbi Mərkəz yeni MRT və KT cihazları ilə təmin olunub
Digər xəbərlər
Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində olan Doğum Evinin fəaliyyəti yenidən təşkil edilib
12.09.2025
Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub
24.10.2025
“Xərçəngdən güclüsən”
28.10.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
07.11.2025
6 Noyabr – Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar metropoliten əməkdaşları tibbi müayinələrə cəlb olunub
06.11.2025
“Qlobal Cərrahiyyə 2030” layihəsi çərçivəsində Şamaxı rayonunda tədbir keçirilib
06.11.2025
TƏBİB və tibbi turizm şirkətləri arasında görüş keçirilib
06.11.2025
Qazaxıstan Respublikasının əməkdar həkimi Azərbaycanda təcrübə kursunda iştirak edib
04.11.2025
“Gizli diabeti erkən aşkar et!” aksiyası keçirilib
03.11.2025
TƏBİB-in dəstəyilə "Regionda ilk: meyitdən orqan nəqli - Uğurlu təcrübədən gələcəyə doğru" adlı beynəlxalq elmi konfrans keçirilib
27.10.2025