Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin yaradılmasının 20 illiyinə həsr edilmiş "Ölkə əhalisinin sağlamlığının qorunmasında xüsusi tibb xidmətlərinin rolu, qarşılıqlı əməkdaşlıq və perspektivlər” mövzusunda tədbir keçilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Səhiyyə nazirinin müavini İlqar Qasımov, millət vəkili Rəşad Mahmudov və digər dövlət səhiyyə qurumlarının rəhbərləri iştirak edib.
Səhiyyə infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, xidmətlərə əlçatanlığın təmin edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. vacib istiqamətlərdə mühüm məsələlərin müzakirə olunduğu tədbirdə “Davamlı təhsil sahəsində Elmi-Təcrübi və Tədris Mərkəzinin təcrübəsi və qurumlarla əməkdaşlıq”, “Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin həyata keçirdiyi sosial tədbirlərin vacibliyi”, “Dövlət sərhədlərinin sanitariya mühafizəsində qurumlararası əməkdaşlıq və perspektivlər”, “Fövqəladə halların idarə olunmasında ixtisaslaşmış tibb xidmətlərinin rolu və mövcud təcrübə” mövzusunda təqdimatlar nümayiş etdirilib və müzakirələr aparılıb.