banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in dəstəyi ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında Funksional Urologiya üzrə I Beynəlxalq Konfrans keçirilib

loader

Konfransı giriş sözü ilə açan Klinikanın direktoru t.e.d Fariz Babayev Uroloji Klinikanın tarixi, burada həyata keçirilən cərrahi əməliyyatlar, bu sahədə qəbul edilən klinik standartlar haqqında danışıb. O, həmçinin TƏBİB-in dəstəyi ilə 2024-cü ildə Goranboyda açılmış 10 cihazlıq dializ şöbəsi, eləcə də gələn il Göyçay və Sumqayıtda açılması planlaşdırılan yeni dializ mərkəzləri barədə məlumat verib.

TƏBİB-in  Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi inkişaf şöbəsinin müdiri  Emil İskəndərov çıxışında konfrans iştirakçılarına TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun salamlarını çatdıraraq, bu cür elmi konfransların keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. O, TƏBİB-in son illərdə uronefrologiya sahəsinə göstərdiyi diqqət barədə danışaraq, bu sahədə görülən işlərə diqqət çəkib.

Daha sonra Akademik Sudeif İmamverdiyevin və Azərbaycan Uroloqlar Assosiasiyasının sədri prof. Samir Cavadzadənin, eyni zamanda Mamalıq və Ginekologiya İnstitutunun həkimlərinin məruzələri dinlənilib.

Konfransda Klinikanın direktoru t.e.d. Fariz Babayev Azərbaycanda böyrək çatışmazlığının və dövlət proqramının indiki vəziyyəti haqqında geniş məruzə ilə çıxış edib.

Daha sonra Türkiyədən dəvət olunmuş qonaqlar Prof. Dr. Ege Can Şerefoğlu "Erektil disfunksiyada bərpaedici müalicələr", "Penis böyütmə prosedurları" və Doç. Dr. Naşide Mangir Bolat "Stres tipli sidik qaçırma cərrahiyyəsində yeniliklər", t.e.d Fuad Quliyev "Radikal prostatektomiya zamanı neyrovaskulyar dəstənin qorunmasının əhəmiyyəti" mövzusunda fikirlərini bölüşüblər.

Konfrans interaktiv formada elmi müzakirələrlə tamamlanıb.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader