Azərbaycanda yeni səhiyyə erasına həsr edilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” adlı tədbir keçiriləcək.
18 dekabr 2024-cü il tarixində baş tutacaq tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
“Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunacaq tədbirdə iki panel, üç sessiya üzərindən dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanlar müzakirə ediləcək. Panellər resursların effektiv idarəedilməsi, səhiyyədə maliyyələşmə, rəqəmsallaşma və innovasiya, habelə keyfiyyətin idarəolunması, korporativ idarəetmə, tibdə həkim və pasiyent hüquqları, Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, eyni zamanda iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər mövzularını özündə ehtiva edir.
“Səhiyyə İdarəçiləri Zirvəsi 2024”-də Azərbaycan Respublikasının Milli Məclisi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Rəqəmsal Tibbi Həllər” MMC, Yeni Klinika, habelə Bakı Sağlamlıq Mərkəzi, ümumilikdə 14 spiker və 3 moderatorun çıxışı nəzərdə tutulub.
TƏBİB-in təşkilatçılığı ilə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” keçiriləcək
Digər xəbərlər
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub
15.01.2025
Ümumdünya İnsultla Mübarizə Təşkilatının ekspertləri ölkəmizə səfər edəcək
13.01.2025
TƏBİB və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında görüş keçirilib
10.01.2025
Ağciyər Xəstəlikləri Mərkəzinin strukturu təsdiq edilib
14.01.2025
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə neyrocərrahi əməliyyat icra edilib
13.01.2025
Kliniki Tibbi Mərkəz yeni MRT və KT cihazları ilə təmin olunub
10.01.2025
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında travmatoloji əməliyyatların icrasına başlanılıb
09.01.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
08.01.2025
Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
29.12.2024
Quba Rayon Mərkəzi Xəstəxanasının yeni Fizioterapiya və Reabilitasiya şöbələrinin açılışı olub
29.12.2024