banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB Antalyada keçirilmiş beynəlxalq konqresdə yüksək səviyyədə təmsil olunub

loader

Türkiyənin Antalya şəhərində keçirilən 1-ci “Milli Yanıq Konqresi” və 1-ci “Avrasiya Yanıq Konqresi”ndə Azərbaycan nümayəndəliyi təmsil olunub.

Tədbir çərçivəsində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Təlimlərin idarəedilməsi şöbəsinin müdiri, t.e.d. Emil İskəndərov “Ölkələr üzrə yanığın strukturunun formalaşması” adlı panel sessiyasına sədrlik edib.

Nümayəndə heyətinin tərkibində yer alan Nərimanov Tibb Mərkəzinin direktor müavini, Yanıq Mərkəzinin rəhbəri, t.ü.f.d. Şöhrət Məmmədov “Azərbaycanda Yanıq Mərkəzinin fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, ölkəmizdə yanıq mərkəzlərinin inkişafı, tətbiq olunan müasir tibbi texnologiyalar və müalicə metodları barədə ətraflı məlumat verib.

23 ölkədən 330-dan çox elm adamının iştirak etdiyi konqresdə, yanıq müalicəsi, innovativ texnologiyalar və beynəlxalq əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Onu da qeyd edək ki, tədbir çərçivəsində Anadolu Agentliyinin Emil İskəndərovdan aldığı müsahibə və tədbirlə bağlı hazırladığı reportaj Türkiyənin bir sıra media kanallarında yayımlanıb. Bu materiallarda konqresin səhiyyə sahəsində yeni əməkdaşlıqlara töhfəsi vurğulanıb.

loader
loader
loader
loader
loader