banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Tibbi Reabilitasiya Mərkəzində ağacəkmə aksiyası keçirilib

loader

5 dekabr 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində TƏBİB və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Tibbi Reabilitasiya Mərkəzində ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində tibb müəssisəsinin inzibati ərazisində 50 ədəd həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müşavirləri Pərvin Əkbərov, Səkinə Sadıxlı, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, sədr müavinləri Cavid Məmmədov, Qönçə Abdullayeva və bir qrup əməkdaşları, habelə Xəzər Rayon Səhiyyə İşçiləri Həmkarlar Şurasının sədri Azadə Əhmədova iştirak ediblər.

Məlumat üçün bildirək ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən mövsümi ağacəkmə aksiyaları bütün tabeli tibb müəssisələrində keçirilir.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader