Noyabr ayı ərzində ümumilikdə 219 nəfər olmaqla, 126 əməkdaşa təkrar, 93 əməkdaşa isə ilk dəfə təlim keçilib.
Təlimin əsas məqsədi şagirdlərin sağlamlığı ilə əlaqəli yarana biləcək təcili hallar zamanı ilkin tibbi yardım üsullarının öyrədilməsi, təcili tibbi yardım standartlarının mənimsənilməsi və bu standartların praktikada tətbiqinin həyata keçirilməsidir.
Bakı Baş Səhiyyə Mərkəzinin həkimləri Gülbəniz Məmmədəliyeva və Şəfa Yusubova tərəfindən keçirilən təlimin yekununda iştirakçılara sertifikat təqdim olunub.