TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini müvəqqəti icra edən Şəlalə Bayramova və tibb işçiləri, həmçinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları xidməti ərazidə ağır yaralanan əcnəbi vətəndaşa ilkin tibbi yardım göstərilməsi və onun təxliyəsi zamanı nümayiş etdirdikləri yüksək peşəkarlıq, operativlik və məsuliyyətə görə Dövlət Sərhəd Xidməti tərəfindən fəxri fərmanlarla təltif olunublar.
Şəki Rayon Mərkəzi Xəstəxananın direktor müavini, baş həkim Zöhrab Cəfərova isə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı təqdim olunub.
TƏBİB olaraq, insan sağlamlığının qorunması və həyatının xilas edilməsi naminə fəaliyyət göstərən tibb işçilərimizin əməyini yüksək qiymətləndirir, onları əldə etdikləri nailiyyət münasibətilə təbrik edirik.
