banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in təşkilatçılığı ilə Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib

loader

TƏBİB-in tabeliyindəki Yeni Klinikada Beynəlxalq İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət (İPİN) Həftəsi – 2026 çərçivəsində Yeni Klinikada tədbir keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin, TƏBİB-in, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, eləcə də tibb müəssisələrinin İPİN üzrə məsul şəxsləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva tibb müəssisələrində İPİN-in əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə görülən işlərin pasiyent və tibbi personalın təhlükəsizliyinin təmin olunmasında, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında və infeksion risklərin minimuma endirilməsində mühüm rol oynadığını vurğulayıb. 

Çıxışlar zamanı tibb müəssisələrində infeksion nəzarətin gücləndirilməsi, pasiyent və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi, antibiotik rezistentliyinin profilaktikası və beynəlxalq təcrübələrin tətbiqi məsələlərinə toxunulub. Həmçinin məhdud resurslar şəraitində infeksiyaların profilaktikası və nəzarəti, eləcə də tibbi müdaxilələr zamanı infeksion təhlükəsizlik mövzularında təqdimatlar keçirilib.

Tədbirin sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. 

Qeyd edək ki, hər il oktyabr ayının üçüncü həftəsi Beynəlxalq İPİN həftəsi olaraq qeyd edilir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader