TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində Reanimatoloji-anestezioloji xidmətin gücləndirilməsi məqsədilə Yeni Klinikada təlimlərə başlanılıb.
Təlimlərin ilk mərhələsində Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarının Reanimasiya-anesteziologiya şöbəsində çalışan 7 həkim və 19 orta tibb işçisi Yeni Klinikaya ezam olunub.
Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə həyata keçirilən təlim proqramı çərçivəsində ezam olunmuş tibbi heyət ilkin qiymətləndirmədən keçirilib. Təlimin başlanğıcında tibb işçiləri imtahana cəlb olunaraq bilik və bacarıqları yoxlanılıb, müşahidə edilən boşluqlar əsasında fərdi şəkildə istiqamətləndirilib.
Bir ay davam edəcək təlim müddətində ezam olunmuş tibb işçiləri Yeni Klinikanın Reanimasiya və anesteziologiya şöbələrində praktiki və nəzəri biliklərini artıraraq, real klinik hallarda təcrübə qazanacaqlar. Təlim proqramı çərçivəsində praktiki biliklərlə yanaşı, nəzəri biliklərin artırılmasına da xüsusi diqqət yetiriləcək. Bu məqsədlə tibb işçiləri Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında təşkil olunan seminar və təlim sessiyalarında iştirak edəcəklər.
Qeyd edək ki, bölgələrdə göstərilən reanimatoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və tibbi heyətin peşəkar inkişafına töhfə verməyi hədəflən təlimlərə TƏBİB tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrinin cəlb olunması nəzərdə tutulub.
TƏBİB reanimatoloji-anestezioloji xidmətin gücləndirilməsi məqsədilə təlimlərə start verdi
Digər xəbərlər
“Həmkardan həmkara qayğı ilə” layihəsi çərçivəsində 300-ə yaxın şəxs müayinələrə cəlb olunub
15.04.2025
Bu kəndlərdə 260-a yaxın sakinə 350-dək tibbi xidmət göstərilib
11.04.2025
2025-ci ilin 3 ayı ərzində müharibə iştirakçılarına ümumilikdə 63 mindən çox tibbi xidmət göstərilib
11.04.2025
TƏBİB reanimatoloji-anestezioloji xidmətin gücləndirilməsi məqsədilə təlimlərə start verdi
18.04.2025
Araz Nəsirov “Rəhbərlər üçün rəqəmsal akademiya” proqramının strateji sessiyasında iştirak edib
17.04.2025
Qəbələdə “Cərrahların Labirinti - Pankreasın Kistik Neoplaziyaları” adlı 3-cü regional toplantı keçirilib
17.04.2025
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında minimal invaziv üsulla iki əməliyyat eyni vaxtda icra olunub
11.04.2025
Yeni Klinikada “İşemik insultların müalicəsində müasir yanaşmalar" mövzusunda elmi seminar keçirilib
10.04.2025
Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların icrasına başlanılıb
10.04.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
09.04.2025