banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qəbələdə “Cərrahların Labirinti - Pankreasın Kistik Neoplaziyaları” adlı 3-cü regional toplantı keçirilib

loader

Qəbələ rayonunda “Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar” İctimai Birliyinin (AHPBCA) təşkilatçılığı ilə “Cərrahların Labirinti - Pankreasın Kistik Neoplaziyaları” adlı 3-cü regional toplantı uğurla başa çatıb.

Tədbirdə AHPBCA-nın sədri Eldar Əhmədov, İdarə Heyətinin üzvləri, ixtisaslaşmış həkim heyəti, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər. Konfrans çərçivəsində həkim-mütəxəssislər tərəfindən pankreasın kistik neoplaziyaları mövzusunda əhatəli təqdimatlar və elmi məruzələr təqdim olunub.

100-ə yaxın iştirakçının yer aldığı toplantı çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən laparoskopik xolesistektomiya əməliyyatı canlı yayımlanaraq iştirakçılara nümayiş etdirilib.

Ümumi cərrah Nihad Nəzərzadənin moderatorluğu ilə aparılan əməliyyat zamanı Qəbələ Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Fariz Abdullayev tərəfindən öd daşı xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində laparoskopik xolesistektomiya əməliyyatı uğurla icra olunub.

Qeyd edək ki, ixtisaslaşmış tibbi maarifləndirmə işlərinin gücləndirilməsi və ölkə səhiyyəsinin inkişafına dəstək məqsədilə “Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar” İctimai Birliyi tərəfindən bu kimi tədbirlərin ölkənin digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader