banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların icrasına başlanılıb

loader

Regionlarda fəaliyyət göstərən tibb müəssisələrində müasir səhiyyə infrastrukturunun formalaşdırılması, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması TƏBİB-in strateji hədəflərindən biridir.

Salyan Rayon Mərkəzi Xəstəxanasında uzun müddətdən sonra uroloji əməliyyatların icrasına başlanılıb.

Uroloji əməliyyat tibb müəssisəsinə müraciət edən 1984-cü il təvəllüdlü şəxsin (qadın) üzərində həyata keçirilib. Sağ böyrəkdə kəskin ağrılar, şişkinlik və yüksək təzyiq səbəbilə həkimə müraciət edən pasiyentə bosniak-1 diaqnozu təyin olunub və cərrahi əməliyyata məruz qalıb. Pasiyent üzərində sağ böyrəyin böyük ölçülü kistasının ləğvi, böyrəyin pazvarı rezeksiyası əməliyyatı uğurla icra olunub.

Cərrahi əməliyyatdan sonra müvafiq şöbədə müalicəsi davam etdirilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

loader
loader
loader