banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Bu kəndlərdə 260-a yaxın sakinə 350-dək tibbi xidmət göstərilib

loader

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

Quba Rayon  Mərkəzi Xəstəxanasının tibb personalının iştirakı ilə Hacıhüseynli kəndinin, Oğuz Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə Padar, Yemişənli və Dəymədərə kəndlərinin, Tərtər Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə Mamırlı kəndinin, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Yalama kəndinin sakinlərinin tibbi müayinəsi həyata keçirilib.
 
Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, dəri-zöhrəvi, şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində 260-a yaxın kənd sakininə (uşaqlar və böyüklər olmaqla) 350-dək tibbi xidmət göstərilib.

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader