banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Həmkardan həmkara qayğı ilə” layihəsi çərçivəsində 300-ə yaxın şəxs müayinələrə cəlb olunub

loader

TƏBİB, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Səhiyyə Nazirliyi, Konfederasiyanın üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə “Həmkardan həmkara qayğı ilə” yeni sosial layihəyə başlanılıb.

Layihə çərçivəsində ilk səyyar tibbi müayinə aprelin 10-11-də Lerik rayonunda təşkil olunub.

Müayinələrdən öncə Ümummilli Lider Heydər Əliyevin Lerik şəhərində abidəsi ziyarət olunub.

Lerik Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı oftalmoloq, otorinolarinqoloq, endokrinoloq, nevroloq, uşaq nevroloqu, infeksionist, pediatr və travmatoloqdan ibarət peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.

İki gün ərzində ümumilikdə 300-ə yaxın aztəminatlı və ehtiyacı olan vətəndaşa 600-dən çox tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.

Gələcəkdə layihənin ölkənin digər dağ, dağətəyi və sərhədyanı rayonlarında da keçirilməsi nəzərdə tutulur.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader