banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında minimal invaziv üsulla iki əməliyyat eyni vaxtda icra olunub

loader

Bu günədək yalnız paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra cərrahi əməliyyatlar artıq region xəstəxanalarında uğurla icra olunur.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında laparoskopik xolesistektomiya və laparoskopik total histerektomiya, yəni minimal invaziv üsulla öd kisəsinin, həmçinin uşaqlıq və artımların çıxarılması əməliyyatları eyni vaxtda icra edilib. Tibb müəssisəsində ilk dəfə icra olunan bu proses uğurla başa çatıb.

Qanaxma ilə müraciət edən 46 yaşlı pasiyentdə diaqnostik müayinə zamanı uşaqlığın qanaxma ilə ağırlaşmış böyük ölçülü polipi, uşaqlığın mioması və yanaşı olaraq xroniki kalkulyoz xolesistit aşkarlanıb. Eyni zamanda pasiyentin əvvəlki dövrlərdə süd vəzi xərçəngi səbəbi ilə mastektomiya olunduğu müəyyən edilib. Bu səbəbdən polipin maliqnizasiyası riskini artırdığı üçün multidisiplinar yanaşma ilə cərrahi müdaxiləyə qərar verilib. Hazırda pasiyentin vəziyyəti kafidir və Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

 

loader
loader
loader
loader
loader