banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

7-8 aprel 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) Səhiyyə əməkdaşlığı işçi qrupunun ekspertlərinin 3-cü görüşü və Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclası keçirilib

loader

Türk Dövlətləri Təşkilatının və Qazaxıstan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Tədbirlərdə TƏBİB-in nümayəndə heyəti qismində İcraçı direktorunun müşaviri Elşad Məmmədli, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov və TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin aparıcı məsləhətçisi Nicat Hüseynov iştirak edib.

Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı Ümümdünya Səhiyyə Təşkilatı, Qlobal Fond və digər nüfuzlu beynəlxalq təşkilatlatın yüksək səviyyəli təmsilçilərinin də iştirak etdiyi tədbirlərdə Astanada yerləşən bir sıra tibb müəssisələrinə səfərlər təşkil olunub, müxtəlif görüşlər və iclaslar keçirilib.

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclasında Azərbaycanın səhiyyə naziri Teymur Musayev geniş nitqlə çıxış edib.

Səfər çərçivəsində yeni açılmış Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzi, Elmi Tədqiqat Travma və Ortopediya İnstitutu, Milli Onkologiya Mərkəzi, Qazaxıstan Respublikası Prezidentinin İşlər idarəsinin xəstəxanasında keçirilən görüşlərdə Qazaxıstan səhiyyəsinin nailiyyətləri ilə tanışlıq ilə yanaşı Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin arasında səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi imkanları müzakirə edilib.

Tədbirlər çərçivəsində Qazaxıstanın dərman və tibb avadanlıqları sənayesinin sərgisi də keçirilib.
 

loader
loader
loader
loader
loader
loader
loader
loader