TƏBİB-in dəstəyi, Sumqayıt Tibb Mərkəzinin və Azərbaycan Pediatrlar Cəmiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində pediatrların birinci forumu keçirilib.
Forumda TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev, Forumun təşkilat komitəsinin sədri, pediatr Bəxtiyar Nağıyev və tibb müəssisələrinin həkim-pediatrları iştirak ediblər.
Abşeron, Sumqayıt və Xızıdan 150-yə yaxın pediatrın qatıldığı Forumun təşkilat komitəsinin sədri, pediatr Bəxtiyar Nağıyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd pediatrların bir araya gələrək bu sahədəki aktual problemləri, pediatriyanın inkişafını, davamlı təhsilini, yeni diaqnostik, müalicə üsullarını öyrənmək və gələcəkdə elmi tədqiqatlara dəstək olmaqdır.
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli ölkədə pediatriyanın inkişafı istiqamətində atılan addımlardan söz açıb. T.Mirzəbəyli, həmçinin elmi-praktik əlaqələrin qurulması, təlimlər, kurslar, simpozium və konfransların keçirilməsinin tibb işçilərinin bilik və bacarıqlarının artırılmasında vacib amil olduğunu diqqətə çatdırıb.
Forumun əhəmiyyətindən danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt səhiyyəsində pediatriyanın inkişafından, görülən işlərdən və yeniliklərdən söz açıb.
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi qurumda pediatrların fəaliyyətindən, eləcə də Uşaq Xəstəxanasının uşaqların sağlamlığının qorunmasındakı rolunu vurğulayıb.
Forumda, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev, Amerika Ürək Assosiasiyasının Azərbaycandakı təlim mərkəzinin - “Medic School Training Center”in koordinatoru Mətin Mahmudov, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktor müavini Ramin Tahirzadə və uzman pediatr Erkin Rəhimov çıxış ediblər.
Forum pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən digər məruzələrlə yekunlaşıb.
TƏBİB-in dəstəyi ilə Sumqayıt şəhərində pediatrların birinci forumu keçirilib
Digər xəbərlər
“Həmkardan həmkara qayğı ilə” layihəsi çərçivəsində 300-ə yaxın şəxs müayinələrə cəlb olunub
15.04.2025
Bu kəndlərdə 260-a yaxın sakinə 350-dək tibbi xidmət göstərilib
11.04.2025
2025-ci ilin 3 ayı ərzində müharibə iştirakçılarına ümumilikdə 63 mindən çox tibbi xidmət göstərilib
11.04.2025
TƏBİB reanimatoloji-anestezioloji xidmətin gücləndirilməsi məqsədilə təlimlərə start verdi
18.04.2025
Araz Nəsirov “Rəhbərlər üçün rəqəmsal akademiya” proqramının strateji sessiyasında iştirak edib
17.04.2025
Qəbələdə “Cərrahların Labirinti - Pankreasın Kistik Neoplaziyaları” adlı 3-cü regional toplantı keçirilib
17.04.2025
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında minimal invaziv üsulla iki əməliyyat eyni vaxtda icra olunub
11.04.2025
Yeni Klinikada “İşemik insultların müalicəsində müasir yanaşmalar" mövzusunda elmi seminar keçirilib
10.04.2025
Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların icrasına başlanılıb
10.04.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
09.04.2025