Siyəzən Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Dünya Autizm Maarifləndirmə Gününə həsr edilmiş "Dünyamın rəngləri" adlı elmi konfrans keçirilib. İştirakçılar tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan büstünü ziyarət ediblər.
Konfransda TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, rayon icra başçısı Novruz Novruzov, Milli Məclisin deputatı Müşfiq Məmmədli və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru Nərgiz Əliyeva konfrans iştirakçılarını salamlayıb və Dünya Autizm Maarifləndirmə Gününün qeyd edilməsinin vacibliyinə diqqət çəkib. O bildirib ki, bu günün təsis edilməsinin əsas məqsədi autizm haqqında məlumatlandırmanı artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bildirib ki, Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuş bu cür elmi tədbirlərin keçirilməsi cəmiyyətdə autizm mövzusunda məlumatlılığın artırılması və bu sahədə çalışan mütəxəssislərin bir araya gəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, autizmli fərdlərin cəmiyyətə inteqrasiyası və onların həyat keyfiyyətinin yüksəldilməsi, eyni zamanda tibbi xidmətlərin əlçatanlığının artırılması, erkən diaqnostika və reabilitasiya imkanlarının genişləndirilməsi istiqamətində TƏBİB tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Tədbir Autizm və Neyroinkişaf Pozuntuları Konqresinin təşkilat komitəsinin sədri, "Nəfəs" Psixonevroloji Mərkəzin rəhbəri psixiatr İkram Rüstəmovun, "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalovanın, "Nəfəs" Psixi Sağlamlıq Akademiyasının icraçı direktoru psixiatr Vəfa Şirinovanın və digər məruzəçilərin “Autizmə fərqli baxış”, “Autizmdə təbii müalicə metodları”, “Autizm və neyroiltihab”, “Autizmli uşaqlara psixoloq yanaşması”, “Reabilitasiya prosesində autizmli uşaqlara və onların ailələrinə sosial psixoloji dəstək” mövzularında çıxışları ilə davam edib.
Konfrans autizmli uşaqların ifasında müxtəlif rəqs nümunələrinin nümayişi ilə davam edib.
Sonda tədbirdə fəal iştiraklarına görə psixiatrlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri Fəxri Fərman, Təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.
Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunan elmi konfrans keçirilib
Digər xəbərlər
“Həmkardan həmkara qayğı ilə” layihəsi çərçivəsində 300-ə yaxın şəxs müayinələrə cəlb olunub
15.04.2025
Bu kəndlərdə 260-a yaxın sakinə 350-dək tibbi xidmət göstərilib
11.04.2025
2025-ci ilin 3 ayı ərzində müharibə iştirakçılarına ümumilikdə 63 mindən çox tibbi xidmət göstərilib
11.04.2025
TƏBİB reanimatoloji-anestezioloji xidmətin gücləndirilməsi məqsədilə təlimlərə start verdi
18.04.2025
Araz Nəsirov “Rəhbərlər üçün rəqəmsal akademiya” proqramının strateji sessiyasında iştirak edib
17.04.2025
Qəbələdə “Cərrahların Labirinti - Pankreasın Kistik Neoplaziyaları” adlı 3-cü regional toplantı keçirilib
17.04.2025
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında minimal invaziv üsulla iki əməliyyat eyni vaxtda icra olunub
11.04.2025
Yeni Klinikada “İşemik insultların müalicəsində müasir yanaşmalar" mövzusunda elmi seminar keçirilib
10.04.2025
Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların icrasına başlanılıb
10.04.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
09.04.2025