Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Bakı şəhərində 140 civarında təcili tibbi yardım briqadası, 61 region üzrə isə 270-ə yaxın briqada xidmətə hazır vəziyyətdə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman preparatları və s. ilə tam təmin edilib.
Yeni il ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.
Məsul şəxslər tərəfindən təcili tibbi yardım xidmətinin fəaliyyətinə nəzarət tədbirləri tətbiq olunacaq.
Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar, təcili və təxirəsalınmaz tibbi yardım şöbələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək.
Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Digər xəbərlər
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub
15.01.2025
Ümumdünya İnsultla Mübarizə Təşkilatının ekspertləri ölkəmizə səfər edəcək
13.01.2025
TƏBİB və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında görüş keçirilib
10.01.2025
Ağciyər Xəstəlikləri Mərkəzinin strukturu təsdiq edilib
14.01.2025
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə neyrocərrahi əməliyyat icra edilib
13.01.2025
Kliniki Tibbi Mərkəz yeni MRT və KT cihazları ilə təmin olunub
10.01.2025
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında travmatoloji əməliyyatların icrasına başlanılıb
09.01.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
08.01.2025
Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
29.12.2024
Quba Rayon Mərkəzi Xəstəxanasının yeni Fizioterapiya və Reabilitasiya şöbələrinin açılışı olub
29.12.2024