banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

"Bir ömür xidmətinizdə" layihəsi çərçivəsində seminar və tibbi maarifləndirmə tədbirləri keçirilib

loader

“TƏBİB-in ixtisas gündəliyi” proqramının “Bir ömür xidmətinizdə” layihəsi çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanasında Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayon mərkəzi xəstəxanalarının həkimləri üçün müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsinə multidisiplinar yanaşma mövzusunda seminar keçirilib.

Seminarda Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov layihənin tibb müəssisəsində keçirilməsindən məmnunluğunu ifadə edib və seminarın işinə uğurlar arzulayıb.

TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinin aparıcı məsləhətçisi, layihə rəhbəri Sərxan Ağayev çıxış edərək sosial layihələrin keçirilməsinin önəmindən bəhs edib və “Bir ömür xidmətinizdə” layihəsi çərçivəsində ümumilikdə 1 703 vətəndaşa 7 295-dən çox tibbi xidmət göstərildiyi ni deyib.

Seminar paytaxtda yerləşən tibb müəssisələrində fəaliyyət göstərən müxtəlif ixtisaslı həkim-mütəxəssislərin, TƏBİB-in Ekspertlər Qrupunun üzvlərinin çıxışları ilə davam edib.

Sumqayıt Tibb Mərkəzinin həkim-kardioloqu Elnur İmanov çıxışında uşaq kardiologiyasının aktual məsələlərindən danışaraq erkən diaqnostikanın əhəmiyyətini qeyd edib.

Nərimanov Tibb Mərkəzinin həkim-nevroloqu Ellada Qurbanova "Elektroensefaloqrafiya nədir?" mövzusunda çıxış edərək, elektroensefaloqrafiya nə zaman tətbiq olunmalıdır, böyüklərdə normal EEQ, dalğaların xarakteristikası, EEQ ritmləri barədə geniş məlumat verib.

Respublika Kliniki Uroloji Xəstəxanasının həkim-uroloqu Rüstəm Şibliyev "Uroloji xəstəliklər nədir? Daş əmələ gəlmə riskini artıran amillər hansılardır?" mövzusunda çıxış edərək instrumental diaqnostika, prostatitin yaranma səbəblərindən danışıb.

Respublika Pediatriya Mərkəzinin psixoloqu Dəniz Umarova "Panik atakın əlamətləri və növləri hansılardı, panik atakın insan heyatina təsirləri" barədə çıxış edib.

Daha sonra tədbirin nəzəri hissəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Fuad Bayramov "İcbari tibbi sığorta nədir və onnan necə istifadə edə bilərik?" mövzusunda vətandaşlara maarifləndirici təlim keçərək sualları cavablandırıb.

Sonda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamə ilə təltif ediliblər.

“Bir ömür xidmətinizdə” layihəsi çərçivəsində müayinə və müalicələrin təyin olunması tədbirləri ilə yanaşı, vətəndaşların maarifləndirilməsi üçün söhbətlər aparılıb, xəstəliklərin ağırlaşmalarının qarşısının alınmasında erkən diaqnostikanın önəmi vurğulanıb.  

 

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader