banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qazax rayonunun Quşçu Ayrım kəndinin sakinlərinin tibbi müayinəsi təşkil olunub

loader

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

Qazax Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə "Sağlam gələcək" devizi altında Quşçu Ayrım kəndində sakinlərin tibbi müayinəsi təşkil olunub.

Tibbi müayinələr zamanı terapevt, pediatr, kardioloq, cərrah və oftalmoloq tərəfindən sakinlərinin sağlamlıq vəziyyəti qiymətləndirilib, xroniki xəstəlikləri olan pasiyentlər izlənilib və zəruri tibbi məsləhətlər verilib. Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin olunub.

Ümumilikdə tibbi müayinələr zamanı 40 sakinə icbari tibbi sığorta çərçivəsində 80-ə yaxın tibbi xidmət göstərilib.

Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizdə səhiyyənin inkişafı, bu sahədə həyata keçirilən yeniliklər və tibbi xidmətin əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader