banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qrip virusu ilə necə mübarizə aparaq?

loader

Soyuq hava, qapalı məkanlarda daha çox vaxt keçirmək qış aylarında hava-damcı yolu ilə yayılan infeksiyaların daha çox artmasına səbəb olur. Qripin əlamətləri, müalicəsi və profilaktikası nələrdir? Bütün suallarımıza Xəzər Tibb Mərkəzinin həkim-infeksionisti Aytən Ziyadova aydınlıq gətirdi.

 

Qripin əlamətləri hansılardır?

Xəstənin öskürməsi və xəstə ilə eyni qapalı mühitdə olan digər insanların bu havanı nəfəs alması və virusu tənəffüs yollarına qəbul etməsi nəticəsində damcı yolu ilə havaya yayılır. Virus birbaşa tənəffüs sisteminin selikli qişasına yerləşdikdən və 1-7 gün inkubasiya müddətini tamamladıqdan sonra xəstəlik yuxarı tənəffüs yollarında infeksiyaya səbəb olur və xəstəliyin ilk əlamətləri görünür. Bunlar ani qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısıdır.

Qripin səbəbləri nələrdir?

Qrip demək olar ki, bütün yaş qruplarından olan şəxslərə təsir edə bilən yoluxucu xəstəliklərdən biridir. Ümumiyyətlə, inkişaf etmiş immun sistemi olanlar xəstəliyi yüngül simptomlarla dəf edirlər. Ancaq soyuq iqlim şəraiti, nizamsız yemək və yuxu vərdişləri, güclü stress səviyyələri kimi immunitet sistemini aşağı salan hər hansı faktor insanı qrip kimi müxtəlif virus infeksiyalarına meylli edir. Odur ki, immun sistemini sıxışdıran və onun düzgün işləməsinə mane olan bütün səbəbləri qripin səbəbi kimi qəbul etmək olar.

Qripi necə müalicə etmək olar?

Qripin müalicəsi iki yolla aparılır: dəstəkləyici müalicə və antiviral müalicə. İmmunitet sistemi düzgün işləyən və heç bir əsas sağlamlıq problemi olmayanlar simptomları aradan qaldırmaq və immunitet sistemini müxtəlif vitamin əlavələri ilə gücləndirməklə müalicə olunur. Bu proses zamanı xəstəyə ən yaxşı şəkildə istirahət etməsi, kifayət qədər maye qəbul etməsinə diqqət yetirməsi, sağlam qidalar qəbul etməsi və lazım gəldikdə C vitamini və buna bənzər əlavələr qəbul etməsi tövsiyə olunur.

Antiviral müalicə variantı, əsasən, immun sistemi zəif olan insanlara və ya körpələr, uşaqlar, yaşlılar və hamilə qadınlar kimi risk qruplarında olan xəstələrə tətbiq edilir. Xüsusilə xəstəliyin simptomlarının göründüyü ilk 1-2 gün ərzində antiviral dərman müalicəsi başlansa, qrip xəstəliyi daha yüngülləşəcək, daha tez sağalacaq və ciddi fəsadların qarşısı alınacaq.

Qrip zamanı təcrid olunmaq lazımdırmı?

Qrip tənəffüs yolları ilə yayılan bir xəstəlik olduğundan, yoluxmuş insanların xəstəliyin digər insanlara keçməməsi üçün mümkün qədər təcrid olunması tövsiyə olunur. Bu səbəbdən qrip əlamətləri olan və ya xəstəliyi müxtəlif diaqnostik üsullarla təsdiqlənən şəxslər ictimai nəqliyyatla səyahət etməməli, zərurət yarandıqda ifrazatların havaya yayılmasının qarşısını almaq üçün maskadan istifadə etməyə diqqət etməlidirlər.