Tibb müəssisələrində göz xəstəliklərinin müayinə və müalicəsinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülür.
Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə gözdə, əsasən, şəkərli diabet xəstəliyi ilə əlaqəli yaranan problemlərin müalicəsində istifadə edilən Avastin inyeksiyası həyata keçirilib.
Avastin inyeksiyası, xüsusilə diabetik retinopatiya, yaşa bağlı makula degenerasiyası və retinal damar patalogiyalarının müalicəsində geniş tətbiq olunan effektiv terapiya üsuludur. Bu müalicə metodu torlu qişada patoloji damarların proliferasiyasını və ekstravazasiya nəticəsində yaranan ödemi azaldaraq, xəstələrin görmə funksiyasının qorunmasına və vizual reabilitasiyasına mühüm töhfə verir.
Qeyd edək ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz xəstəliklərinin müayinə və müalicəsinin inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Bura müasir oftalmoloji avadanlıqlarla təchiz edilib, oftalmoloji kabinet avtorefraktometr, optik linza dəsti, proyektor və biomikroskop kimi yüksək texnologiyalı tibbi avadanlıqlarla təmin olunub. 2022-ci ildən tibb müəssisəsində kiçik göz əməliyyatlarının, 2024-cü ildən isə katarakta əməliyyatlarının icrasına başlanılıb.
Onu da əlavə edək ki, Qobustan Rayon Mərkəzi Xəstəxanası da daxil olmaqla, TƏBİB tabeli bütün tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən göz xəstəliklərinin müayinə və müalicəsi ödənişsiz qarşılanır.
Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə Avastin inyeksiyası icra olunub
Digər xəbərlər
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub
19.01.2026
Nazir Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
17.12.2025
TƏBİB 2025-ci ilin yekunlarına dair brifinq keçirib
19.12.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib
21.01.2026
Azərbaycanda insult xəstələri üçün vahid inteqrasiyalı tibbi yardım şəbəkəsinin yaradılması istiqamətində təlimlər təşkil olunub
21.01.2026
“815” Çağrı Mərkəzinə 2025-ci il ərzində 150 mindən çox zəng daxil olub
21.01.2026
Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Terapiya şöbəsi əsaslı şəkildə yenidən qurulub
16.01.2026
TƏBİB-in "Zəruri cərrahiyyə və anesteziyanın təşkili üzrə yol xəritəsi"nə uyğun olaraq, region xəstəxanalarında yüksək texnologiyalı cərrahi xidmətlərin tətbiqi genişləndirilir
16.01.2026
Astara, Tərtər, Ağdaş və Goranboy rayonlarında səyyar tibbi müayinələr təşkil edilib
15.01.2026
“Mentor Klinika” layihəsi çərçivəsində Şamaxıda ilk dəfə travmatoloji əməliyyat icra olunub
13.01.2026