banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in Təlim və tədqiqatlar departamentinin təşkilatçılığı ilə Yeni Klinikada "Kardioloji xəstəliklər zamanı təcili və təxirəsalınmaz tibbi yardım" adlı seminar keçirilib

loader

TƏBİB-in Təlim və tədqiqatlar departamentinin təşkilatçılığı ilə Yeni Klinikada "Kardioloji xəstəliklər zamanı təcili və təxirəsalınmaz tibbi yardım" adlı seminar keçirilib.

Açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov seminarın mövzusunun aktual olduğunu diqqətə çatdırıb. O, məruzəçilərin peşəkarlığı sayəsində iştirakçıların geniş məlumatlar əldə edəcəklərinə inandığını qeyd edib. 

Daha sonra TƏBİB-in Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva çıxış edib. O, beynəlxalq tövsiyələrə əsasən hazırlanmış kardioloji təcili və təxirəsalınmaz hallar üzrə alqoritmlər əsasında baş tutacaq seminardan həkimlərin faydalana biləcəyini və əldə etdikləri biliklərdən praktikada yararlanacaqlarını bildirib.

Ümumilikdə 146 nəfər əməkdaşın, o cümlədən kardioloqların, təcili tibbi yardım həkimlərinin cəlb edildiyi seminarda məruzəçi qismində kardioloqlar Ruslan Bağıyev, Mehriban İsgəndərova, Mehri Həşimova və uşaq-kardioloqu Bəhruz Əliyev çıxış edib. Onlar hipertenziv krizin idarəolunması və müalicəsi, böyüklərdə və uşaqlarda taxikardiya, bradikardiya alqoritmləri kimi mövzularda ətraflı məlumatlar təqdim ediblər.

Seminarın sonunda iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader