banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in nümayəndələri “Epidemiyalar zamanı infodemiyanın idarə olunması” seminarında iştirak edib

loader

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi, Avropa İttifaqının Səhiyyə Təhlükəsizliyi Təşəbbüsü, Yeni və İnkişaf etməkdə olan Xəstəliklər üzrə Milli Müşahidə Mərkəzinin təşkilatçılığı ilə Tunisin Cerba adasında 19-20 fevral tarixlərində “Epidemiyalar zamanı infodemiyanın idarə olunması” mövzusunda seminar keçirilib. Səhiyyədə fövqəladə hallar zamanı infodemiyaların (doğru və yanlış məlumatların həddindən artıq yayılması) idarə edilməsinə dair strategiyaların inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə keçirilən seminarda müxtəlif ölkələrdən 70-ə yaxın nümayəndə iştirak edib.

Seminarda risk kommunikasiyası, böhran idarəçiliyi, sosial media, epidemioloji kəşfiyyat və səhiyyə savadlılığı sahəsində çalışan mütəxəssislər, eləcə də tibb işçiləri təmsil olunublar.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin məsləhətçisi Suqra Əzimova seminarda iştirak ediblər.

Seminar boyunca iştirakçılara səhiyyə ilə bağlı yanlış məlumatları və məlumat boşluqlarını aşkarlamaq, izləmək və həll etmək üçün praktik alətlər və strategiyalar təqdim olunub.

Məruzəçilər səhiyyə sahəsində fövqəladə hallar zamanı doğru və yanlış məlumatların çoxluğunun ictimai etimadı və qərar qəbuletməni zəiflədə bilmə ehtimalını, effektiv infodemiyanın idarə edilməsini, son zamanlarda qlobal miqyasda COVID-19 pandemiyası və yeni yoluxucu xəstəliklərin (Mpox kimi) yayılması fonunda səhiyyə sahəsində hazırlığın vacibliyini qeyd ediblər.

Yanlış məlumatların psixoloji və sosial səbəblərini anlamaq, dezinformasiyalara qarşı əsaslandırılmış cavab strategiyalarını inkişaf etdirmək, gələcəkdə baş verə biləcək hallara qarşı milli infodemiya idarə edilməsi planlarını hazırlamaq üçün tövsiyələr diqqətə çatdırılıb.

İştirakçılar interaktiv məşğələlərdə müxtəlif infodemik ssenariləri analiz edib, onların risklərini qiymətləndirib və məqsədyönlü müdaxilələr hazırlayıblar. Tapşırıqlar ictimai səhiyyə orqanları, media və vətəndaş cəmiyyəti ilə birgə yanlış məlumatlara qarşı mübarizə metodlarını əhatə edib.

Sosial media və rəqəmsal platformalarda səhiyyə ilə bağlı yanlış məlumatların sürətlə yayılmasını nəzərə alaraq, texnologiyaların köməyi ilə ictimai səhiyyə üzrə kommunikasiya strategiyalarının təkmilləşdirilməsinə diqqət çəkilib. İştirakçılar əvvəlki epidemiyalardan istifadə edərək real vaxtda yanlış məlumatlara qarşı mübarizə aparmaq üçün effektiv yanaşmaları müəyyən etməyi və bu yanaşmaları tətbiq etməyi sınaqdan keçiriblər.

 

loader
loader
loader
loader
loader
loader