Azərbaycanda ilk dəfə Respublika Klinik Xəstəxanasının laboratoriyasında VIII faktorun Xromogen üsulu ilə müayinəsi həyata keçirilib. Dünya miqyasında məhdud sayda ölkədə icra olunan bu müayinənin laboratoriya şəraitində işlənilməsi uğurla nəticələnib.
Hemofiliya X xromosomu ilə əlaqəli resessiv anadangəlmə qanın laxtalanma pozğunluğu ilə müşahidə olunan xəstəlikdir. Hemofiliya xəstəliyinin diaqnostikasında qanda laxtalanma faktorlarının təyini mühüm rol oynayır.
Məlumat üçün bildirək ki, Azərbaycanda 1 750 xəstə hemofiliya diaqnozu ilə dispanser qeydiyyatındadır. Onlardan Hemofiliya A ağır forma 321 xəstə, inhibitor forma isə 44 xəstədir. Hemofiliya A inhibitorlu forma, həm də Hemofiliya A ağır forma xəstələrə profilaktik müalicə olaraq 2017-ci ilin noyabrında ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) tərəfindən xəstələrdə qanaxma epizodlarının qarşısını almaq və ya qanaxmanın tezliyini azaltmaq üçün müntəzəm profilaktika olaraq “Hemlibra” (Emicizumab) preparatı təsdiq edilib. 2022-ci ildən etibarən ölkəmizdə sözügedən preparat ilə 15 inhibitorlu xəstə təmin olunub və ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb.
Qeyd edək ki, “Hemlibra” preparatı qəbul edən xəstələrdə, məsələn, əməliyyatdan öncə FVIII aktivliyinin müəyyən edilməsi tələb olunarsa, xromogen analizinin istifadəsi tövsiyə edilir.
Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsinin aparılmasına nail olunub
Digər xəbərlər
“Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib
08.12.2025
Yeni Klinikanın Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinə mediatur təşkil olunub
20.11.2025
Yeni Klinikada yaradılan Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin fəaliyyətinə dair brifinq keçirilib
20.11.2025
TƏBİB-in dəstəyi ilə fizioterapiya və reabilitasiya ilə bağlı elmi-praktik konfrans keçirilib
17.12.2025
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
17 Dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günüdür
17.12.2025
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Sabirabad, İmişli və Saatlı rayon sakinlərini qəbul edib
16.12.2025
XIV Milli Kardiologiya Konqresi keçirilib
16.12.2025
IV Milli və II Beynəlxalq Pediatriya Konqresi keçirilib
15.12.2025
“Mentor Klinika” layihəsi çərçivəsində tibb bacılarının təlim-təcrübə proqramı yekunlaşıb
15.12.2025