TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının tibb personalının iştirakı ilə Aşağı Qaramanlı kəndinin, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Pirli kəndinin, Yevlax Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə Duzdağ kəndinin, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə Yuxarı Tala kəndinin, Göyçay Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Məlikkənd kəndinin, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibb personalının iştirakı ilə isə Hacıqəhrəmanlı qəsəbəsinin sakinlərinin tibbi müayinəsi həyata keçirilib.
Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, dəri-zöhrəvi, şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində 280-a yaxın kənd sakininə (uşaqlar və böyüklər olmaqla) 650-dək tibbi xidmət göstərilib.
Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.
Müxtəlif kəndlərdə yaşayan 300-ə yaxın sakin tibbi müayinələrə cəlb olunub
Digər xəbərlər
Bakıda “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib
05.05.2025
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in birgə məlumatı
21.04.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
08.05.2025
Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu keçirilib
08.05.2025
Vaxtından əvvəl doğulan və 14 gün küvəz rejimində tənəffüs dəstəyi alan üçəmlərin həyatı xilas olunub
08.05.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
07.05.2025
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma mövzusunda master-klas keçirilib
07.05.2025
Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib
07.05.2025
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olub
06.05.2025