TƏBİB region xəstəxanalarının ən son texnoloji avadanlıqlarla təchiz edilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və müasir səhiyyə infrastrukturunun formalaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Bu günədək, əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb əməliyyatlar və eləcə də tibbi müayinələr artıq region xəstəxanalarında da həyata keçirilir.
Növbəti yeniliklədən biri də Cəlilabad Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır. Tibb müəssisəsində ilk dəfə beyin damarlarının angioqrafiyası müayinəsinin icrasına başlanılıb.
Baş ağrıları, yüksək arterial təzyiq şikayətləri ilə müraciət edən Lerik rayon sakini 1995-ci il təvəllüdlü şəxs (qadın) bu xidmətdən yararlanan ilk pasiyent olub və onda sağ daxili yuxu arteriyasında "supraclinoid" aspektdə 3.5 mm ölçüdə kiçik anevrizmaya uyğun lokal genişlənmə müşahidə edilib.
Məlumat üçün qeyd edək ki, əvvəllər bu xidmətə görə rayon sakinlər digər xəstəxanalara, xüsusilə paytaxt Bakıya göndərilirdi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in dəstəyi ilə region xəstəxanalarında keyfiyyətli tibbi xidmətin təşkili və tibbi əlçatanlığın təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında beyin damarlarının angioqrafiyası müayinəsinin icrasına başlanılıb
Digər xəbərlər
Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsinin aparılmasına nail olunub
13.03.2025
TƏBİB-in nümayəndələri “Epidemiyalar zamanı infodemiyanın idarə olunması” seminarında iştirak edib
28.02.2025
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin təşkilatçılığı ilə Yeni Klinikada "Kardioloji xəstəliklər zamanı təcili və təxirəsalınmaz tibbi yardım" adlı seminar keçirilib
28.02.2025
Ümumdünya Böyrək Gününə həsr olunmuş “Böyrək sağlamlığı həftəsi” keçirilib
13.03.2025
“815” Çağrı Mərkəzinə yanvar-fevral ayları üzrə 22 mindən çox zəng daxil olub
12.03.2025
Müxtəlif kəndlərdə yaşayan 300-ə yaxın sakin tibbi müayinələrə cəlb olunub
11.03.2025
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya və reanimasiya şöbəsi əsaslı təmir edilib
11.03.2025
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın ultrasəs fakoemulsifikasiyası və intraokulyar linzanın implantasiyası əməliyyatlarına başlanılıb
10.03.2025
Bakı şəhəri üzrə yanvar-fevral aylarında 125 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub
10.03.2025
Uşaqların icbari dispanserizasiyası çərçivəsində bu şəhər və rayonlarda gün ərzində 1200-dən çox uşaq ilkin müayinələrə cəlb olunub
07.03.2025