banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ümumdünya Böyrək Gününə həsr olunmuş “Böyrək sağlamlığı həftəsi” keçirilib

loader

Bu layihə çərçivəsində 1000-ə yaxın vətəndaşa 4200-ə yaxın tibbi xidmət göstərilib.

Layihənin icrası zamanı bölgə həkimləri üçün böyrək xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma mövzusunda seminar keçirilib.

Layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamə ilə təltif ediliblər.

 

TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə “TƏBİB-in İxtisas gündəliyi 2025” proqramı çərçivəsində Ümumdünya Böyrək Gününə həsr olunmuş “Böyrək sağlamlığı həftəsi” layihəsi icra edilib. Layihə çərçivəsində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının vətəndaşları üçün tibbi xidmətlər təşkil olunub.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında bölgə əhalisinə, o cümlədən müxtəlif sosial qruplardan olan vətəndaşlara paytaxtdan dəvət olunmuş uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.

11-12 mart tarixlərində baş tutan tibbi müayinələrdə iştirak edən tibbi heyət Bakı şəhərində fəaliyyət göstərən ixtisaslı tibb müəssisələri – Respublika Kliniki Uroloji Xəstəxanası, Respublika Pediatriya Mərkəzi, Sabunçu Tibb Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi, həmçinin Sumqayıt Tibb Mərkəzi,  Abşeron Rayon Mərkəzi Xəstəxanasının və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkimlərindən ibarət olub.

Ümumilikdə 967 vətəndaşa nefroloq, uroloq, ginekoloq, endokrinoloq, terapevt və pediatrlar tərəfindən 4183 tibbi xidmət göstərilib.

Qeyd edək ki, layihə çərçivəsində bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub.

Həkim-mütəxəssislər vətəndaşlara zəruri tibbi məsləhətlər verib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndiriblər.

Həmçinin layihə çərçivəsində seminar və tibbi maarifləndirmə tədbirləri keçirilib.

“TƏBİB-in ixtisas gündəliyi 2025” proqramının “Böyrək sağlamlığı həftəsi” layihəsi çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon mərkəzi xəstəxanalarının həkimləri üçün böyrək xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma mövzusunda seminar keçirilib.

Tədbirin açılışı Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki filialının rəhbəri Laçın İbrahimxəlilov və “Böyrək sağlamlığı həftəsi” layihəsinin rəhbəri Aygün Quluzadənin çıxışları ilə baş tutub.

Seminar paytaxtda yerləşən tibb müəssisələrində fəaliyyət göstərən müxtəlif ixtisaslı həkim-mütəxəssislərin çıxışları ilə davam edib.

Həkim-mütəxəssislər təltif edilib

Sonda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamə ilə təltif ediliblər.

“Böyrək sağlamlığı həftəsi” layihəsi çərçivəsində müayinə və müalicələrin təyin olunması tədbirləri ilə yanaşı, vətəndaşların maarifləndirilməsi üçün söhbətlər aparılıb, xəstəliklərin ağırlaşmalarının qarşısının alınmasında erkən diaqnostikanın önəmi vurğulanıb.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader