TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən "TƏBİB-in ixtisas gündəliyi" proqramının 2024-cü il üzrə bağlanış tədbiri keçirilib.
Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, struktur bölmə rəhbərləri, eləcə də proqramın təşkilatçıları və layihədə yer alan həkimlər iştirak edib.
Açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bildirib ki, 2024-cü il ərzində proqram çərçivəsində Şamaxı, Cəlilabad, Tovuz, Füzuli, Quba, Göyçay rayon mərkəzi xəstəxanalarında, Şəki, Mingəçevir şəhər mərkəzi xəstəxanalarında vətəndaşlara TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilovun sözlərinə görə ərazi üzrə yerləşən internat məktəblərində də uşaqların müayinələri baş tutub, əlavə müalicə və müayinəyə ehtiyacı olan uşaqlar nəzarətə götürülüb. A.İsrafilov əlavə edib ki, layihə çərçivəsində tibb müəssisələrinin həkimləri üçün seminarlar, vətəndaşlar üçün isə maarifləndirmə tədbirləri də baş tutub.
"TƏBİB-in İxtisas gündəliyi" proqramının təşəbbüskarı, Strateji inkişaf departamentinin və proqramın rəhbəri Murad Mirzəyev çıxışında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, proqramın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, 2024-cü il uğurlu nəticələrlə başa çatıb və layihənin 2025-ci ildə digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.
“TƏBİB-in ixtisas gündəliyi” proqramının kuratoru, Strateji inkişaf departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Fəqan Həsənzadə baş tutan layihələrlə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, keçirilən 8 layihədə iştirak edən vətəndaşların sayı 10 mindən çox olub, onlara ümumilikdə 40 minə yaxın tibbi xidmət göstərilib.
Tədbir proqramın yekunlarına dair hesab xarakterli videoçarxın nümayişi ilə davam etdirilib.
Sonda proqram iştirakçıları sertifikatla təltif ediliblər.
“TƏBİB-in ixtisas gündəliyi” proqramı çərçivəsində 10 mindən çox vətəndaşa 40 minə yaxın tibbi xidmət göstərilib
Digər xəbərlər
Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsinin aparılmasına nail olunub
13.03.2025
TƏBİB-in nümayəndələri “Epidemiyalar zamanı infodemiyanın idarə olunması” seminarında iştirak edib
28.02.2025
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin təşkilatçılığı ilə Yeni Klinikada "Kardioloji xəstəliklər zamanı təcili və təxirəsalınmaz tibbi yardım" adlı seminar keçirilib
28.02.2025
“815” Çağrı Mərkəzinə yanvar-fevral ayları üzrə 22 mindən çox zəng daxil olub
12.03.2025
Müxtəlif kəndlərdə yaşayan 300-ə yaxın sakin tibbi müayinələrə cəlb olunub
11.03.2025
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya və reanimasiya şöbəsi əsaslı təmir edilib
11.03.2025
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın ultrasəs fakoemulsifikasiyası və intraokulyar linzanın implantasiyası əməliyyatlarına başlanılıb
10.03.2025
Bakı şəhəri üzrə yanvar-fevral aylarında 125 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub
10.03.2025
Uşaqların icbari dispanserizasiyası çərçivəsində bu şəhər və rayonlarda gün ərzində 1200-dən çox uşaq ilkin müayinələrə cəlb olunub
07.03.2025
Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə Avastin inyeksiyası icra olunub
05.03.2025